Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrini tərənnüm etdirir

0

  •         1989-cu ildə Azərbaycan - İsrail dostluq cəmiyyəti yaradılmışdır. Əlaqələr Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da möhkəmlənmişdir. 1997-ci ilin avqust ayında İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı iki dövlət arasındakı münasibətlər yeni bir mərhələyə qədəm qoydu.mO vaxtdan hazırki dövrə kimi İsrail Azərbaycanla əlaqələri daha sıx inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində yaxından iştirak edir. 2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər etdi və İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan etdi.​ ​ ​ Azərbaycanla İsrail arasında çox geniş siyasi və iqtisadi əlaqələr mövcuddur. Amma ən önəmlisi odurki bu əlaqənin başında insan əlaqələri durur. Bu gün İsraildə 70 min azərbaycanlı, Azərbaycanda isə 30 minə yaxın yəhudi yaşayır.​ ​ ​ 30 may 2023-cü ildə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bu münasibətlərin​ və əməkdaşlığın daha da inkişaf edəcəyinə təkan verəcəkdir.İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal dialoq var.Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd edib.​ ​ Cari​ ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Ticarət dövriyyəmiz 1.7 milyard ABŞ dollarından çoxdur. Lakin növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırdığımız ticarət dövriyyəmiz olacaq və o təkcə enerji amilindən asılı olmayacaq.Prezident İlham Əliyev qeyd edib ki, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqla davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Yeni əməkdaşlıq sahələrindən biri kibertəhlükəsizlik sahəsidir.Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölmənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.​ ​ Dövlət başçısı qeyd etdi ki, müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı​ və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Qarşılıqlı turist axınının səviyyəsi artırılacaqdır. Həftədə dörd reys var və bu yetərli deyil. Nümayəndə heyyətinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır.​ ​ Prezident İlham Əliyev qeyd edib ki, yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına böyük töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.Onlar bizim müstəqilliyimiz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.​ ​ Prezident İlham Əliyev vurğulayıb ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var.Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. Cari ilin 30 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb. ​
    Nazim Qədirov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib85 dəfə
    İsrail dövlətinin prezidenti İsxak hersoqun azərbaycana səfəri ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrini tərənnüm etdirir

    Maraqlı gələ bilər
    6
    42
    39